Ermənistan Bakı ilə sülh danışıqlarına başlamaq üçün ATƏT-in Minsk Qrupuna müraciət edə bilər
Ermənistan Azərbaycanla sülh danışıqlarına başlamaq üçün ATƏT-in Minsk Qrupuna müraciət etmək imkanını müzakirə edir.
Bu barədə cümə günü Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib.
“Sülh sazişinin imzalanmasından əvvəl, əlbəttə ki, bu mövzuda danışıqlar prosesi aparılmalıdır və qarşılıqlı bəyanatlar hələ ki, konkret danışıqlar prosesinə çevrilməyib. Birbaşa danışıqlardan asılı olmayaraq, yaxın gələcəkdə Ermənistan sülhə nail olmaq məqsədilə danışıqlara başlamaq üçün vasitəçilərə (ATƏT-in Minsk Qrupunun həmsədrlərinə) müraciət edə bilər. Məsələ hazırda işlənmə mərhələsindədir”, – deyə o, bəyan edib.
Mənbə: TASS

