Bu gün müxtəlif sahələrdə iki ölkənin yol xəritəsi cızıldı – İranlı nazir
Bu gün müxtəlif sahələrdə iki ölkənin yol xəritəsi cızıldı.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri və Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasemi jurnalistlərə açıqlamasında deyib.
R.Qaseminin sözlərinə görə, İranın yeni hökuməti dövründə bütün ölkələr, o cümlədən qonşu dövlətlərlə münasibətlərin gücləndirilməsi əsas götürülüb.
“Ölkələrimizi birləşdirəcək nəqliyyat dəhlizlərinin aktivləşdirilməsi diqqət mərkəzindədir.
İki ölkə də sərhəd-keçid məntəqələrinin fəaliyyətinin artırılmasını qərara alıb. Ticarət, sənaye, mədəniyyət və turiz sahələrində əlaqələrin inkişafının şahidi olacağıq”, – deyə nazir qeyd edib.

