Hadisə 

Bakıda hoteldə yanğın başlayıb – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində otelin dam örtüyündə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

 

Daha çox xəbərlər