Dünya 

Rusiya hərbçiləri Mariupolda 12 gün ərzində 1500-dən çox dinc sakini öldürüb

Mariupolun 1500-dən çox sakini şəhərin blokadası və yaşayış məntəqələrinin atəşə tutulması zamanı öldürülüb.

Şəhər şurasından bildirlib ki, Rusiya hərbçiləri son 12 gün ərzində 1582 mariupollu mülki vətəndaşı qətlə yetiriblər.

“Bu dəhşətli müharibədə həlak olanların xatirəsi əbədidir. Hər bir işğalçı cəhənnəmdə yanacaq. Biz insanlığa, Ukraynaya, Mariupola qarşı bu cinayəti heç vaxt unutmayacaq və bağışlamayacağıq”, – deyə şuranın məlumatında qeyd olunub.

Mənbə: rbc.ua

Daha çox xəbərlər