Region Xəbərləri 

”QÜRUR” şəhid ailələri xeyriyyə” ictimai birliyinin növbəti tədbiri Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilib

“”QÜRUR” şəhid ailələri xeyriyyə” ictimai birliyinin bu dəfəki tədbiri Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində baş tutub.
Martın 11-də “QÜRUR” şəhid ailələri xeyriyyə ictimai birliyinin “Gənc nəslin vətənpərvərlik ruhunun tərbiyəsi istiqamətində tədbirlərin keçirilməsi” layihəsinə uyğun olaraq Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində şəhid ailələrinin və qazilərin iştirakı ilə maraqlı müzakirə təşkil olunub.
Media1.az xəbər verir ki, qeydiyyatdan keçən iştirakçılara layihənin mövzusuna uyğun hazırlanmış bukletlər və dəftərxana ləvazimatları paylanılıb. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra,şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Naibə Behudova bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.Layihənin məqsədi gənc nəslin vətənpərvərlik ruhunun aşılanması,vətənə məhəbbət hisslərinin inkişaf etdirilməsi və şəhidlərimizi və qazilərimizi tanıdaraq,onların döyüş yolunu gənc nəslə örnək göstərilməsinə nail olmaqdan ibarətdir.
Sonra şəhid ailələrindən Radə Qurbanova ,Müşkinaz Quliyeva , Nərgiz Cəfərova , Zibeydə Zeynalova ,qazilərimizdən 1-ci və 2-ci qarabağ müharibəsinin iştirakçısı Bəxtiyar Hüsüyev, Vətən müharibəsi qazisi Yusifzadə Məhəbbət,Vətən Müharibəsi qazisi Əlizadə Rahil,Vətən müharibəsi qazisi Həsənov Orxan çıxış ediblər. Bildiriblər ki, vətənə qarşı hər bir kəsdə sevgi hissi olmalı, zərurət yarandığı halda torpaqlarımızın müdafiəsi uğrunda canından keçməyi bacarmalıdır.
Sonra Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru, fəlsəfə doktoru Xosrov Musayev və kollecin müəllimləri çıxış edərək, layihə rəhbərinə    təşəkkürlərini bildirmiş ,belə tədbirlərin keçirilməsini  çox vacib hesab etmişdilər.
Sonda tədir çay süfrəsi ilə başa çatdırılmışdır.

Media1.az- Musa Muradlı

Daha çox xəbərlər