Yaşatmaq naminə…
Cəlilabadda Heydər Əliyev Fondunun təşəbbüsü ilə talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə kömək məqsədilə qanvermə aksiyası keçirilib. B. Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya Transfuziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının təşkilatçılığı sayəsində gerçəkləşən aksiyada 172 nəfər qan verib. Talassemiya, hemofiliya və digər qan xəstəlikdən əziyyət çəkən uşaqlara kömək məqsədilə keçirilən aksiya zamanı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında rayon sakinlərin rahat şəkildə iştirakından ötrü lazımi şərait yaradılıb.
Aksiyaya rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər könüllü şəkildə qatılıblar. Donorlar müvafiq tibbi müayinələrdən keçdikdən sonra aksiyaya cəlb ediliblər. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəlikdən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü










