Region Xəbərləri 

Gədəbəyə 70 sm hündürlüyündə qar yağıb

Gədəbəy rayonuna güclü qar yağıb.

ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, ucqar kəndlərə təxminən 70 sm, rayon mərkəzinə isə 50 sm qar düşüb.

Qar yağışı gecə saatlarından başladığı üçün yollar qismən buz bağlayıb, avtomobillərin hərəkətində qismən məhdudiyyətlər yaranıb.

Görülən tədbirlər nəticəsində yolların qardan təmizlənməsi istiqamətində iş gedir.

Qeyri-sabit hava şəraiti davam edir.

Daha çox xəbərlər