Region Xəbərləri 

“Regional Sosial–iqtisadi inkişaf üzrə Maarifləndirmə tədbir keçirilmişdir.

10 mart 2022-ci il tarxdə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Sosial–iqtisadi inkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi tərəfindən “Pensiya təminatı mexanizminin yeni çagırışlara uyğunlaşdırılması, istehlak bazarı və pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi” layihəsi üzrə tədbir keçirilmişdir.
Tədbirdə “Regional Sosial–iqtisadi inkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri, layihə rəhbəri Elnarə Məhərrəmova, layihənin eksperti Rəşad Həsənov, Bərdə RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qarabağ Regional filialının şöbə müdiri Əziz Əzizov, Antiinhisar və İstehlak Bazarlarına nəzarət Dövlət xidmətinin İstehlak Bazarına nəzarət şöbəsinin Regional bölmələrlə iş sektorunun müdiri Samir Əliyev, Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət xidmətinin 11 saylı regional bölməsinin müdiri Əfqan Əliyev iştirak etmişlər.
Layihənin əsas məqsədi mövcud pensiya sisteminin yoxsulluqla mübarizə aspektindən qiymətləndirilməsi, zəif bəndlərin üzə çıxarılması və ən yaxşı beynəlxalq təcrübə nəzərə alınmaqla səmərəli həllərin təklif edilməsidir.
Tədbirdə 25 nəfər rayon sakini iştirak etmişdir.

Daha çox xəbərlər