Doğum gününüz mübarək olsun Hacı.
Bu gün Bərdə şəhər rayonunun axundu Hacı Ramazan Hüseynovun doğum günüdür .
O, Ağdam rayonunda anadan olub, hələ məktəb illərində ikən ilk dini təhsilini atası Məşədi Muxtar kişidən alıb. Məktəbi bitirdikdən sonra Özbəkistanın Buxara şəhərində dini təhsil almağa yollanır (1980-1987). Təhsilini başa vurduqdan sonra Qafqaz müsəlmanları idarəsi tərəfindən Xaçmaz şəhərinə axund təyin olunur. Bir neçə il orada dini fəaliyyətini davam etdirdikdən sonra, 1990 ci ildə QMİ- nin təyinatı ilə Bərdə rayonunun ilk axundu təyin olunur. Bərdədəki ilk işi əvvəlllər məsçid olan, ancaq sovet dövründə arxiv binası kimi fəaliyyət göstərən məscidi yenidən bərpa etmək olur. Məsciddə ibadətlə yanaşı 650 tələbəyə də dini təhsil verir. Ancaq mənfur ermənilərin Qarabağa hücumundan sonra tədrisi yarımçıq qoyaraq cəbhə zonasından gələn şəhidlərimizi ( 4800) yuyulub kəfənələnib rayonlarına göndərilməsini təmin edir. Vətən müharibəsi zamanı Bərdə şəhərinə gələn şəhidlərimizin ( 500- yaxın) yuyulub kəfənləməsində iştirak edir.
Bizdə ARANTV.AZ kolektivi olaraq bu sevincə qoşulub bir daha Hacı Ramazan Hüseynovu ürəkdən təbrik edirik. Allahdan uzun ömür can sağlığı arzu edrik.
Ad gününüz mübarək olsun Hacı !





