Dünya 

Dünyanın ən romantik şəhərləri – TOP-15

ABŞ-ın “WeThrift” şirkəti dünyanın ən romantik şəhərinin reytinqini dərc edib. Siyahıda dünyanın 15 şəhəri yer alıb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, siyahı mütəxəssislər tərəfindən şəhərlərdəki sevgililər üçün parkların, restoranların, attraksionların, spa mərkəzlərinin və hotellərin sayına əsasən tərtib edilib. Birlikdə vaxt keçirmək variantlarının sayı və şəhərin həşteqləri ilə sosial şəbəkələrdə qeydlər də nəzərə alınıb.

Reytinqin lideri London şəhəri olub. İkinci yerə Paris, üçə isə Barselona layiq görülüb.

Dünyanın ən romantik şəhərinin reytinqi:

# Şəhər Bal
1 London 76,5
2 Paris 76,3
3 Barselona 66,1
4 Tokio 65,7
5 Nyu-York 65,3
6 Roma 65,1
7 İstanbul 63,5

8 Moskva 60,0
9 Dubay 58,2
10 Sinqapur 55,5
11 Madrid 53,7
12 Praqa 52,9
13 Banqkok 52,9
14 Phuket 50,8
15 Los-Anceles 50,6

Daha çox xəbərlər