Bərdədə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib
Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Mirzəalıbəyli kənd tam orta məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirmə tədbiri keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı, Polis Akademiyasının sonuncu kurs kursantları da iştirak ediblər.
ARANTV.AZ xəbər verir ki, rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayev və digər çıxış edənlər narkomaniya və onun fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər. “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemlər haqqında geniş bəhs olunub. Narkomaniyanın yayılmasının qarşısının alınması üçün birgə mübarizə tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


