Dünya 

İrpendə öldürülən jurnalistin “New York Times”ın müxbiri olduğu təstiqlənmədi – YENİLƏNİB + FOTO/VİDEO

Ukraynada həlak olan amerikalı jurnalist Brent Reno “The New York Times” qəzetində çalışmır.

Bu barədə nəşrin nümayəndəsi Kliff Levi “Twitter”də məlumat verib.

O, bildirib ki, mediada təqdim edilən akkreditasiya kartı mərhuma uzun illər əvvəl verilib.

18:57

Kiyev vilayətinin İrpen şəhərində rusiyalı hərbçilərin açdığı atəş nəticəsində “New York Times”ın müxbiri ölüb.

Bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

Geraşenkonun sözlərinə görə, 51 yaşlı jurnalistin qətlilə yanaşı, daha bir jurnalist yaralanıb.

Sonuncunun hazırda xəstəxanada olduğu bildirilib. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Mənbə: “Unian”

Daha çox xəbərlər