Hadisə 

Gəncədə 34 yaşlı kişi intihara cəhd edib

Gəncə şəhərində intihara cəhd hadisəsi qeydə alınıb.

ARANTV.AZ  xəbər verir ki,  hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü R.Qurbanov yaşadığı evdə özünü asaraq intihara cəhd edib.

Yaxınlarının zamanında müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. O ağır halda xəstəxanaya aparılıb.

Hazırda onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Yaxınları onun psixoloji problemlərinin olduğunu bildirib. Faktla bağlı araşdırmalara başlanılıb.

Daha çox xəbərlər