Cəmiyyət 

Zəhmət adamı tarlaya çıxır

Elimizə yaz gəlir. Onun gəlişi  Masallıda halal zəhmətlə ömrünə sevinc qatan  kənd adamının əkib-becərmək həvəsini on qat artırıbdır.   Rayonun bərəkətli, min nemətli  tarlalarında cari ilin məhsulu üçün yazlıq bitkilərin əkininə başlanılıb. Məhsul istehsalçıları  qısa müddətdə 1182 hektar sahədə yazlıq əkini həyata keçiriblər. Hər gündə əkilən torpaqların  sərhədi hektar-hektar  genişlənir.

Bununla bərabər, həm də rayonun taxılçılıq təsərrüfatlarında bol məhsul əldə etməkdən ötrü əkin sahələrinə aqrotexniki qulluq göstərilir. Hazırda sahələrə yemləmə gübrəsi verilir və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri  aparılır.

Zəfər Orucoğlu, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər