Şimal bölgəsinə 29 sm-dək qar yağıb
Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.
ARANTV.AZ xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilib ki, Xızı, Quba və Qusar rayonlarına qar yağıb.
Qubanın rayon mərkəzində qarın hündürlüyü 1 sm, Xaltan kəndində 29 sm, Qrızda isə 13 sm-ə çatıb. Qrızda temperatur mənfi 14 dərəcəyədək enib.
Qusarda 2 sm qar, mənfi 4 dərəcə şaxta qeydə alınıb.
Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 28 sm, temperatur isə mənfi 5 dərəcə olub.

