Siyasət 

Ötən il yeni silahlar və texnikalar alınıb – Baş nazir

Azərbaycanın müdafiə və hərbi qabiliyyətinin gücləndirilməsi istiqamətində ötən il zəruri tədbirlər görülüb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman deyib.

Baş nazir bildirib ki, bu məqsədlə ötən il yeni silahlar və texnikalar alınıb, ordunun maddi-texniki bazası daha ga gücləndirilib.

“Ordunun peşəkarlığının artırılması istiqamətində mühüm tədbirlər görülüb, bu baxımdan Komando hərbi hissələrinin yaradılmasını xüsusi qeyd etmək lazımdır”, – Ə.Əsədov deyib.

Daha çox xəbərlər