Cəmiyyət 

İstehlaka yararsız qida məhsulları məhv edilib

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Merano-Baku” MMC-nin müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 1380 kiloqram müxtəlif növ qida məhsulları (donmuş tərəvəz, pendir, dəniz məhsulları və s.) “Təhlükəli tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Daha çox xəbərlər