Yaxın illərdə Azərbaycan yüksək sürətli internet və 5G şəbəkələri ilə təmin olunacaq
Yaxın illərdə Azərbaycan yüksək sürətli internetlə, o cümlədən 5G şəbəkələri ilə təmin olunacaq.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) icraçı direktoru Tamerlan Tağıyev deyib.
“Biz süni intellektin yaradılması üzrə dünya təcrübəsinin öyrənilməsi mərhələsindəyik”, – deyə o bildirib.

