Region Xəbərləri 

Bəzi rayonlara qar yağıb – FAKTİKİ HAVA

Martın 15-ində ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Lənkəran-Astara zonasında intensiv olub.

Bu barədə “İki sahil”ə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Düşən yağıntının miqdarı Lerikdə 26.0 mm, Astarada 12.0 mm, Şəki, Oğuzda 6.0 mm, Ağstafada 5.0 mm, Yardımlı, Tovuz, Kişçay (Şəki), Sarıbaşda (Qax) 4.0 mm, Ağdam, Balakən, Zərdab, Beyləqanda 3.0 mm, Qəbələ, Zaqatala, Şamaxı, Altıağac, Xaltan, Sabirabad, Neftçala, Cəfərxan, Bərdə, Göyçayda 2.0 mm, Şərur, Ağdərə (Ordubad), Sədərək, Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Gəncə, İsmayıllı, Qobustan, Xaçmaz, Quba, Qusar, Tərtər, Mingəçevir, Yevlax, İmişli, Kürdəmir, Biləsuvar, Ağsu, Şabran, Şahdağda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Binədə 2.0 mm, Bakı, Maştağa, Pirallahıda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 65 sm, Şahdağda 44 sm, Altıağacda 29 sm, Xaltanda 23 sm, Daşkəsəndə 20 sm, Şəkidə 10 sm, Lerikdə 9 sm,Göygöldə 8 sm, Ağdərədə (Ordubad) 5 sm, Sədərəkdə 1 sm olub.

Daha çox xəbərlər