Cəmiyyət 

Bu il Azərbaycanda intihar edənlərin sayı AÇIQLANDI

Azərbaycanda 2021-ci il və bu ilin ilk ayları ərzində baş verən intihar hallarının sayı açıqlanıb.

ARANTV.AZ-ın məlumatına görə, bunu Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev bildirib.

Onun sözlərinə görə, bu il ölkə üzrə 102 intihar hadisəsi baş verib:

“Ötən il ölkə üzrə 612 intihar faktı qeydə alınıb. Onlardan 438 nəfər kişi, 174 nəfəri qadındır. İntihar edənlərdən 46 nəfəri yetkinlik yaşına çatmayan şəxs olub”.

Daha çox xəbərlər