Qubada bayram yarmarkası açılıb
Qubada Novruz bayramı ərəfəsində ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası açılıb. Burada məhsullar sakinlərə bazardakı qiymətdən 20-30 faiz ucuz satılır.
ARANTV.AZ xəbər verir ki, Quba Meydanında təşkil olunan yarmarkada fermerlər və rayondakı istehsal müəssisələri tərəfindən alıcılara müxtəlif çeşiddə məhsullar təqdim olunur.
Səhər saatlarından başlayan yarmarka bu gün və sabah gün ərzində fəaliyyət göstərəcək.
Quba Rayon İcra Hakimiyyətinin təşkil etdiyi bayram yarmarkasının məqsədi əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.
Bayram bazarlığı edən alıcılar, eləcə də istehsal etdikləri məhsulları sərfəli qiymətə satan fermerlər yarmarkanın təşkilindən razılıqlarını bildirirlər.


