Cəmiyyət 

Bakıda nağıllar aləmini xatırladan 109 yaşlı “freskalı ev” – FOTOREPORTAJ

“Freskalı ev”lər Balaxanı qəsəbəsində inşa edilib. Tarixi isə 20-ci əsrin əvvəllərinə məxsusdur.

İlk baxışdan insanı cəlb edən tikililər görənləri öz sehri ilə ovsunlamağı bacarır. Bu evlərin çoxu Balaxanıda neft satışından varlanan insanlara məxsus olub.

Evlərin divarları xam mala üzərində çəkilmiş rəsm və naxışlarla işlənib. Ev sahibləri bu tarixi gözəllikləri qoruyub, saxlamağa çalışsalar da zaman öz sözünü deyib. Tavanın bəzi hissələri yararsız hala düşüb. Divarda çatlar yaranıb, döşəmənin boyası qopub.

“Global Photo Stock”un fotoqrafı Balaxanının tarixi evlərini kamerasının yaddaşına köçürüb:

 

Daha çox xəbərlər