Dünya 

İranda ilaxır çərşənbənin qeyd edilməsi zamanı 13 nəfər həlak olub

İranda ilaxır çərşənbənin qeyd edilməsi zamanı 13 nəfər ölüb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfər bildirib.

“Bu gecə saat 20:30-a qədər təəssüf ki, 13 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib”, – deyə C.Madfər qeyd edib.

Onun sözlərinə görə, hadisələr nəticəsində 814 nəfər xəsarət alıb.

Daha çox xəbərlər