Hadisə 

İlaxır çərşənbədə yanıq xəsarəti alanların sayı AÇIQLANDI

Dünən Azərbaycanda Novruz bayramının İlaxır çərşənbəsi – Torpaq çərşənbəsində doqquz nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb.

Bu barədə Oxu.Az-a 5 saylı Kliniki Xəstəxanadan məlumat verilib.

Bildirilib ki, ötən gün doqquz nəfər tonqalda yanma ilə bağlı müraciət edib:

“Yüngül xəsarət aldıqlarına görə ilkin yardım göstərilib və evə buraxılıb”.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildirilib ki, çərşənbə tonqalının üzərindən tullanan zaman yanıq xəsarətləri alan 3 nəfər stansiyaya müraciət edib. Onlar müxtəlif yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə aparıblar.

Daha çox xəbərlər