Cəmiyyət 

Martın birinci ongünlüyü havanın orta temperaturu çoxillik iqlim normasından 2-4° yüksək olub

Respublikanın əksər bölgələrində mart ayının birinci ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 2-4° yüksək, nisbətən yağıntılı və qeyri-sabit hava şəraiti ilə səciyyələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 7.3º, Mərkəzi Aran və Mil-Muğan bölgələrində 9-10⁰, Lənkəran-Astara bölgəsində 9-10º, Quba-Xaçmazda 3-7º, Şəki-Zaqatalada 6-8⁰, Dağlıq Şirvan bölgəsində 4-6º, Gəncə və Goranboyda 8º, Qazax-Tovuzda 2-7⁰, Qarabağ bölgəsində 8-9º , Naxçıvanda 7,7º təşkil edib.

Havanın minimum temperaturu Maştağa və Astarada 4º, Lənkəran və Acınohurda 3º, Beyləqanda 2º, Bərdə və Göyçayda 1º, Şəki və Tovuzda -1º, Dağlıq Şirvan zonasında -2_-4⁰ qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Maştağada 1º, Cəfərxan və Ceyrançöldə -2º, Şəki-Zaqatalada -3_-4⁰, Mərəzədə -4º, Tovuzda -5º, Naxçıvanda -6º, Gəncədə -7º təşkil edib.

Daha çox xəbərlər