Region Xəbərləri 

“Qarabağlı Novruz bayramınız mübarək!”

Qədim tarixə, soykökə bağlılığı xalqımızın milli və dəyərli adət-ənənələri əsrlər boyu öz doğmalığın qoruyub saxlamaqdadır. Milli ənənəmiz kimi tanınan və illərdir qeyd edilən bayramlardan biri də Novruz bayramıdır. Novruz bayramının tariximiz üçün ən gözəl səbəblərindən biri də baharın ölkəmizə gəlməsi ilə ruzi-bərəkətində artığı bir ildir. Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və adət-ənənələrini yaşadan bayramlar sırasında Novruz bayramı xüsusi yer tutur. Xalqımızın mənəvi dünyası və həyata baxışı Novruz mərasimlərində dolğun əks olunub, bu bayram milli varlığın rəmzinə çevrilib. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı milli dəyərlərimizin əbədiyaşarlıq rəmzidir. Artıq bu gün Azərbaycanın güclü ordusu, sağlam cəmiyyəti, gözəl rifahı olan milləti və ən əsası bütün dünyada böyük nüfuzu var. Müstəqilliyimizin qazanılması, nüfuzun əldə edilməsi heç də asan başa gəlməyib. Bu uğurların əldə edilməsində Azərbaycan Ordusunun, onun şəxsi heyətinin misilsiz xidmətləri danılmazdır. Qarabağın qayıtmasını, baharın gəlişini, təbiətin oyanışını, həyatın canlanmasını müjdələyən Novruz bayramı xalqımız üçün ən gözəl illərdən biri olaraq yaddaşlarda silinməz iz buraxıb. Yazın gəlişi ilə Qarabağda açan güllər, çiçəklər xoşbəxtliyin rəmzidir. Orda açan hər bir çiçək Şəhid qanı ilə sulanıb, ona görə bizim üçün özəl və dəyərlidir. Bu gün yazın gəlişini sevinc və qürurla qarşılayırıqsa bunun səbəbi Şəhidlərimiz,qazilərimiz, hərbçi qardaşlarımızıdr.
Azərbaycan dünyanın güclü və qüdrətli dövlətlər sırasındadır. Səbəbi isə milli birliyimiz başda olmaqla yürütdüyü siyasəti ilə dövlətimizi və dövlətçiliyimizi daima irəli aparan ölkə rəhbərimizdir. Cənab Prezidentin atdığı hər bir addım, verdiyi hər bir qərar ölkəmizin mənafeyi uğrunda düşünülmüş və hesablanmış addımlardır. Buna görədir ki, ölkəmiz regionun ən qabaqcıl nüfuzlu öləkələrindən birincisidir.
Qalib ölkənin qalib xalqı hər birinizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. İnşallah bu il xalqımız üçün ruzili bərəkətli bir il olar. Bayramınız mübarək!
Asim Rüstəm: YAP Xocavənd rayon Muğanlı ƏPT-nın sədri

Daha çox xəbərlər