Hərbi orkestrlə “Qardaşlıq Marşı” ifa olundu – FOTOLAR
Azərbaycan Dövlət Akademik Xor Kapellasının artisti, vokal ifaçısı Fərhad Ələkbərovun “Qardaşlıq Marşı” ilk dəfə müəllif tərəfindən səsləndirilib.
ARANTV.AZ xəbər verir ki, Marş Novruz bayramı münasibəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursantlar, zabitlər, şəxsi heyət üçün keçirilən konsert proqramı çərçivəsində ifa olunub.
Qeyd edək ki, Fərhad Ələkbərov Azərbaycan və Türkiyə dostluğuna həsr olunan “Qardaşıq marşı”nı Ali Hərbi Məktəbin orkestrinin, orkestrin rəisi, hərbi dirijor, polkovnik-leytenant Fariz Məmmədzadənin müşayiəti ilə səsləndirib.
Qələbə günündə yazılan aşağıdakı sözlər sonra müəllif tərəfindən nota alınıb:
“Yol ver, yol ver Türklərə yol ver!
Qılınc tutan qollara güc ver!
Azərbaycan-Türkiyə vardır qüvvəti,
Çağırırıq biz birliyə Qardaş milləti”.
Qeyd edək ki, Fariz Məmmədzadənin təşəbbüsü ilə keçirilən tədbirdə Ələkbərov Fərhad Rakim oğlu konsert proqramında çıxış etdiyinə və şəxsi heyətin mədəni istirahətinin təşkilində göstərdiyi köməkliyə görə “Fəxri Fərman” ilə təltif olunub.
Tədbirdən fotoları təqdim edirik:




