Yeni açılan iş yerləri əhalini razı salır
Son illər dağlar diyarı Lerikdə yeni iş yerlərin təşkilinə xüsusi fikir verilir. Rayonda iqtisadi fəal əhalinin sayı artıq 43373 nəfəri keçmişdir. Bu da Lerik kimi bir dağ rayonu üçün yaxşı göstəricidir.
Yeni iş yerləri ilə bağlı söz düşəndə Lerik rayon Statistika İdarəsinin rəisi Nizaməddin Muradov bildirir ki, dövlət başçısınin məlum fərmanına əsasən rayonumuzda fəaliyyət göstərən müxtəlif xidmət sahələrinə əhalinin aztəminatlı təbəqəsindən olanlar ictimai işlərə cəlb edilir.
2021-ci ilin 12 ayında isə əsasən fiziki şəxslər tərəfindən 1135 iş yeri açılıbdır. Həm də yeni açılmış iş yerlərində, xüsusi ilə təmir-tikinti, abadlıq işlərində, yol, qaz çəkilişi sahəsində çalışanlar yüksək məbləğdə əmək haqqı alırlar.
O da məlum olsun ki, 1 yanvar 2010-cu ildən “Bir pəncərə” sistemi yarandıqdan sonra sahibkarların, fiziki şəxslərin sayı daha çox olmuş, elə bunlar da ilk növbədə yeni iş yerlərin açılması deməkdir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzv

