Region Xəbərləri 

İsmayıllıda payızlıq əkinlərə qulluq işləri aparılır

İsmayıllı rayonunda cari ilin məhsulu üçün 31042 hektar sahədə payızlıq taxıl əkilib və hazırda hər yerdə əkinlərə qayğı ilə qulluq göstərilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzidən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən payızda 22495 hektar sahədə buğda, 8547 hektarda isə arpa əkilib. Səpilən toxumlardan yaxşı çıxış alınıb. Sahələrin 7673 hektarında gəmiricilərə və zərərvericilərə qarşı mübarizə tədbirləri aparılıb.

Hazırda əkinlərə yaşıl mala çəkilir, yemləmə gübrəsi verilir, alaq otlarına qarşı mübarizə tədbirləri görülür. İndiyədək rayonun aran zonası olan Qubaxəlilli, Gəraybəyli, Kəlbənd, Mollaisaqlı ərazi dairələrində 5250 hektardan çox sahəyə yemləmə gübrəsi verilib, 800 hektardan çox sahədə alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirilib.

Daha çox xəbərlər