Şəkidə indiyədək 640 hektarda yazlıq bitkilər əkilib
Şəki rayonunun təsərrüfatlarında yaz tarla işlərinə başlanılıb. Qısa müddətdə 640 hektar sahədə yazlıq bitkilər əkilib və əkin-səpin işləri davam etdirilir.
Şəhər Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul istehsalçıları indiyədək 257 hektar sahədə kartof, 262 hektarda tərəvəz əkib, 121 hektar sahəyə çoxillik yonca səpiblər.
Təsərrüfatlarda, eyni zamanda, tütün əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri də davam etdirilir.
Xatırladaq ki, ötən il şəkili torpaq mülkiyyətçiləri 4 min 664 hektar sahədə yazlıq bitkilər əkiblər.

