Cəmiyyət 

270 müharibə əlili protezlə təmin edilib

“2020-ci ilin dekabr ayından artıq 270 nəfər müharibə əlili yüksək texnologiyalı 285 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib”.

ARANTV.AZ xəbər verir ki, bu gün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində daha 8 nəfər müharibə əlili yüksək texnologiyalı 4-cü nəsil müasir protezlərlə təmin edilib.

Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək texnologiyalı müasir protezlərlə təminatına başlanıb: “Yüksək texnologiyalı 4-cü nəsil protezlə təmin edilənlərdən 82 nəfəri I Qarabağ müharibəsi və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əliliyi olan şəxslərdir. Onlar 87 ədəd müasir potezlərlə təmin olunublar. 188 nəfər 44 günlük Vətən müharibəsinin qazisidir və həmin şəxslərə 198 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protez verilib. Ümumilikdə, Vətən müharibəsi qazilərinin protezlə təminat prosesi yekunlaşmaq üzrədir” – o deyib.

Daha çox xəbərlər