Region Xəbərləri 

Yanvar-fevral aylarında heyvandarlıq və bitkiçilik məhsulları üzrə artım olub

Cari ilin yanvar-fevral ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 774,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, onun da 733,5 milyon manatı heyvandarlıq, 41,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları 2,5 faiz, bitkiçilik məhsulları isə 14,1 faiz artıb.

Daha çox xəbərlər