Region Xəbərləri 

Samux rayonunda süni mayalama nəticəsində 694 baş cinsi yaxşılaşdırılmış buzov doğulub

Samux rayonunda 2021-ci ildə 1534 baş iribuynuzlu mal-qara elit törədicilərin toxumları ilə süni yolla mayalandırılıb. Heyvanların süni mayalandırılmasından 694 baş cinsi yaxşılaşdırılmış buzov alınıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2014-cü ildən bəri rayonda süni mayalama yolu ilə 10182 baş cinsi yaxşılaşdırılmış buzov doğulub. Aqrolizinq yolu ilə alınan cins mal-qaranın və süni mayalamadan əldə edilən buzovların hesabına rayonda cins mal-qaranın sayı yerli mal-qaranın sayını üstələyib.

Bu il yanvarın 1-nə rayonda iribuynuzlu mal-qaranın baş sayı 23248 başa, qoyun və keçilərin baş sayı isə 133577 başa çatıb.

Rayonda mal-qaranın cinsinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub. 2021-ci ildə rayonda ət istehsalı (diri çəkidə) 5793 ton, süd istehsalı 32546 ton, yumurta istehsalı isə 7598 min ədəd, yun istehsalı isə 260,3 ton olub.

Daha çox xəbərlər