Region Xəbərləri 

Naxçıvanda hərbi hissəyə 4 tona yaxın sovqat verilib

Naxçıvan Muxtar Respublikasında əlamətdar və bayram günləri ərəfəsində müxtəlif dövlət qurumları, müəssisə və təşkilatlar, ayrı-ayrı sahibkarlıq subyektləri tərəfindən hərbi hissələrə sovqat aparılması ənənə halını alıb.

ARANTV.AZ xəbər verir ki, xalq-ordu birliyinin təzahürü olan həmin tədbirlərin davamı olaraq Novruz bayramı ərəfəsində “Sumqala Tikinti Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Kazım Mehdiyev tərəfindən Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsinə 3770 kiloqram üzüm qurusu təqdim edilib. Adıçəkilən müəssisənin Nehrəm üzümçülük təsərrüfatında yetişdirilmiş məhsullarından əldə edilən üzüm qurusu hərbi hissənin anbarlarına təhvil verilib.

Daha çox xəbərlər