Gündəm 

“AzerGold” 2029-cu ilədək 10 yatağın istismara verilməsini hədəfləyir

“AzerGold” 2029-cu ilədək 10 yatağın istismara verilməsini hədəfləyir.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu “AzerGold” QSC-nin sədr müavini Xəyyam Fərzəliyev “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının təqdimat mərasimində deyib.

X.Fərzəliyev qeyd edib ki, 2017-ci ildə Cəmiyyətin 179 min qızıl ekvivalentində unsiya olaraq hesablanmış metal ehtiyatları 4,4 milyon qızıl ekvivalentində unsiya qədər, yəni 24 dəfə artırılıb.

“Cəmiyyətin strateji planına əsasən, yeni “greenfield” layihələri ilə yanaşı, 2022-ci ildən 2029-cu ilədək 4 qızıl, 1 polimetal, 3 mis və 2 dəmir filizi yatağı olmaqla, ümumilikdə 10 yatağın istismara verilməsini hədəfləyir.

Yeri gəlmişkən, ötən ildən Cəmiyyətimiz işğaldan azad edilmiş ərazilərdə mövcud olan əlvan metal yataqları ilə bağlı aparılan araşdırmalar çərçivəsində Tutxun çayı hövzəsində yerləşən eyniadlı qızıl təzahürü sahəsində müvafiq işlərə başlayıb. “Tutxun” sahəsi və cinah ərazilər – Oruclu, Başlıbel, Xanlanlı, Əsrik və digər sahələrdə nəcib metalların mərhələli axtarışı məqsədi ilə hazırda müvafiq prosedurlar icra edilir. Yataq üzrə 2021-2024-cü illəri əhatə edən geoloji kəşfiyyat proqramı çərçivəsidə süni peyklərdən alınan hiperspektral görüntülərin işlənilir, müasir normalara cavab verən məsafədən (qeyri-invaziv) tədqiqatlar yerinə yetirilir. Gələcəkdə buruq-qazma və digər geoloji kəşfiyyat işlərinin icra edilməsi üçün sözügedən ərazilərin mina və partlamamış hərbi sursatlardan tam olaraq təmizlənməlidir. Bu istiqamətdə də paralel olaraq, müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır”, – X.Fərzəliyev vurğulayıb.

Daha çox xəbərlər