Cəmiyyət 

Azərbaycanda dollar bahalaşır? – AÇIQLAMA

Son zamanlar Rusiya-Ukrayna arasında olan gərginlik bir çox ölkələrin iqdisadiyyatına öz təsirini göstərir. Bəs bu müharibə Azərbaycanda dolların bahalaşmasına səbəb ola bilərmi?

Məsələ ilə bağlı Sonxeber.az-a bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov açıqlama verib.

O, digər valyutalara nisbətdə dolların bahalaşacağını, lakin manata nisbətdə stabil qalacağını bildirib:

“Azərbaycanda devalvasiya qətiyyən gözlənilmir. Çünki Rusiya-Ukrayna müharibəsinin fonunda dünyada neftin qiyməti artır. Təbii ki, neftin qiymətinin artması eyni zamanda bizim valyuta gəlirlərimizi artırır. Bu da, əksinə, milli valyutamızın möhkəmlənməsinə xidmət edir. Buna görə də bu gün heç bir devalvasiya təhlükəsi yoxdur.

Hazırda dünyada dollar bahalaşır və özü-özlüyündə möhkəmlənir, bu, faktdır. Çünki belə təlatümlü dövrlərdə dünyada hər zaman dollar möhkəmlənir. Bu günlərdə ABŞ-ın Federal Ehtiyyat Sistemi də faiz dərəcəsini artırdı və bunun nəticəsində dollar möhkəmlənir.

Amma Azərbaycanın milli valyutasına bunun təsiri yoxdur. Dollar möhkəmləndikcə neftin qiyməti də artır və bizim dollar ehtiyatımız çoxalmış olur”.

Daha çox xəbərlər