İki ayda 53,4 min hektar sahədə yazlıq bitkilər əkilib
Ölkənin əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin mart ayının 1-nə kimi 53,4 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 7,5 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (qarğıdalı daxil olmaqla), 14,4 min hektar sahədə kartof, 10,3 min hektar sahədə tərəvəz, 21,1 min hektar sahədə çoxillik otlar, 0,1 min hektar sahədə digər bitkilər əkilib.
Təsərrüfatlarda yanvar-fevral aylarında 39,2 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 16,6 faiz çox tərəvəz məhsulları istehsal edilib.

