Azərbaycanda qənd və şəkər tozu istehsalı kəskin artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 38,3 min ton qənd və şəkər tozu istehsal edilib.
ARANTV.AZ-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 55,7% çoxdur.
Qeyd edək ki, ölkədə qənd və şəkər tozu istehsalının həcmi son 5 ildə 15,1% azalıb. Belə ki, 2017-ci ilin yanvar-fevral aylarında istehsal həcmi 45,1 min ton təşkil edirdisə, 2018-ci ildə bu göstərici 4,6 min tona düşüb. 2019-cu ildə istehsal yenidən artaraq 56,1 min tona çatıb. 2020-ci ildə məhsul istehsalı azalaraq 24,5 min ton, 2021-ci ilin ilk iki ayının nəticələrinə görə isə 24,4 min ton təşkil edib.
Bu ilin mart ayının 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 19,8 min ton məhsul olub ki, bu da 2021-ci ilin eyni göstəricisini 4,1 dəfə üstələyir. Ötən il martın 1-i tarixinə məhsul ehtiyatı 4,8 ton təşkil edib.

