Cəmiyyət 

Ting paylama aksiyası davam edir

“Bir ağac-min nəfəs” devizi altında keçirilən növbəti ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “ASAN Kommunal” mərkəzlərinin birgə təşkilatçılığı ilə 3 saylı “ASAN Kommunal” mərkəzinin qarşısında keçirilib.

Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə könüllülər tərəfindən vətəndaşlara ağac tingləri hədiyyə edilib, onlara ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.

ETSN hər kəsi təbiətə fayda verəcək bu aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa çağırır.

Daha çox xəbərlər