Siyasət 

Hazırda seçici siyahılarının dəqiqləşdirilməsi həyata keçirilir

“Hazırda ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi həyata keçirilir”.

ARANTV.AZ xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Sədr bildirib ki, məntəqələr üzrə seçici siyahıları dəqiqləşdirilib dairə seçki komissiyaları tərəfindən bizə təqdim ediləcək: “Məcəlləsinin tələbinə görə biz onu may ayına qədər tam başa çatdırmalıyıq. Həm aparat işçiləri, həm komissiya üzvləri biz tam fəaliyyətə başlamışıq. Komissiya üzvləri də bu və ya digər imkanlardan istifadə edərək bu işdə iştirak etsin. Qarşıda duran əsas proses seçici siyahılarının dəqiqləşdirilməsidir”.

Daha çox xəbərlər