Bakıda 27 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb
Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ “report”-a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb. “Ukrayna dairəsi”ndə avtomobil velosipedlə yolu keçən 1995-ci il təvəllüdlü Nurullayev Ceyhun Eynulla oğlunu vurub.
Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.

