Region Xəbərləri 

Novruz bayramı

Bayram-ənənədir, dünəndir,xatirədir, keçmişdən ən gözəl yadigardır. Novruz bayramı bayramlar içində ən doğma, ən sevimli bayramdır ki, xalqımız hər il bu bayramı böyük təntənə ilə qeyd edir. Novruz təzə ildən müjdə verən bahar bayramıdır. Bu bayramın gəlişi ilə doğma yurdumuza bahar təravəti gəlir,ailələrdə şadlıq sevinc bir-birinə qarışır. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən tədarük görülür.Nənələrimiz, analarımızın növbənöv şirniyyatlar bişirir, bolluq rəmzi olan səməni sufrelərimizin bəzəyi olur. El adəti üzrə tonqallar qalanır, hamı tonqal başına yığışır, küsülülər barışır, qohum-əqrəbalar bir-birini ziyarət edib,bayramlaşır.

Novruz bayramına bir ay qalmış xalqımız yaradılışın vacib ünsürlərdən olan- su, yel, od, torpaq adı verilmiş şərşənbələr qeyd edir. Bu da onu göstərir ki, Novruz bayramı dünyanın ən qədim ən əziz bayramlarındandır.

Novruz bayramı zamanı Vətənimiz uğrunda bir an belə düşünmədən canını fəda etmiş şəhidlərimizin məzarlarından insanların axını kəsilmir. Bu əziz günlərdə onları yad etmək hər birimizin müqəddəs borcudur.Novruz bayramı təbiətin, insanlığın qələbəsinə olan inamın bayramıdır.

 

Səkinə Ağazadə – Masallı şəhər sakini

Daha çox xəbərlər