Siyasət 

Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçiriləcək

Dünya Azərbaycanlılarının V qurultayı Şuşa şəhərində keçiriləcək.

ARANTV.AZ  xəbər verir ki,   Diasporla İş üzrə Dövlət Komitəsi tədbir keçiriləcək məkanın quraşdırılması, səhnəsinin tərtibatı, səs avadanlıqları və digər texniki avadanlıqlarla təchizatı və qurultayla bağlı baner və rollapların hazırlanması işlərinin görülməsi üçün təkliflər sorğusu elan edib.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini aprelin 8-i, saat 10:00-dək təqdim edə bilərlər.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının birinci qurultayı 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilib.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının IV Qurultayı Bakıda 2016-cı il iyunun 3-4-də keçirilib.

Daha çox xəbərlər