İki ayda 2056 ton tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib
Cari ilin iki ayında 2056 ton tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən tərəvəz və meyvələrin emal məhsullarının dəyəri 2,3 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 3,3 milyon dollar olmaqla 3002 ton tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.

