Azərbaycanın ən güclü və nüfuzlu siyasi partiyası
YAP sahib olduğu resurslarına, ictimai-siyasi nüfuzuna görə cəmiiyətdə qazandığı dərin etimadına görə Azərbaycanın ən güclü və nüfuzlu siyasi partiyasıdır.
YAP ölkəmizdə siyasi sistemin formalaşmasında samballı töhfələr verən ümumxalq partiyasıdır. YAP-ın Sədri İlham Əliyevin qeyd etdiyi kimi YAP-ın yaradılması Azərbaycanda siyasi sistemin yaradılması demək idi.
YAP-ın fəaliyyətində əsas istiqamətlərindən birini onun ideoloji siyasəti təşkil edir. Müstəqillik dövlətçilik prinsipi , qanunçuluq prinsipi Azərbaycançılıq prinsipi, varislik prinsipi , vətəndaş həmrəyliyi prinsipi , sosial ədalət prinsipi cəmiyyətdə təşəkkül tapmış demokratik norma və dəyərlərin möhkəmlənməsinə mühüm töhfələr bəxş edib və bu proses hazırda da davam etməkdədir. Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və onun Sədri olduğu YAP-ın fəaliyyətinin üstün istiqamətlərindən biri kimi bu gündə Azərbaycan gənclərinin hərtərəfli inkişafı , ölkənin ictimai- siyasi ,mədəni həyatındakı rolunun artması və idarəçilik strukturlarında geniş təmsil olunmaları xüsusi diqqət mərkəzindədir.
Son illərdə YAP-ın da təşəbbüslərlə çıxış etdiyi, həyata keçirilən islahatlar idarəetmədə keyfiyyətin və səmərəliyin daha da artırılmasına , vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət etməkdədir. Cəmiyyətimizdəki yeniliklər fonunda keçirilən YAP-ın VII Qurultayı qəbul etdiyi qərarlarla ölkənin siyasi həyatında mühüm dəyişikliklər etmişdir. Belə ki, ölkədə fəaliyyət göstərən digər siyasi partiyalarla dialoqun qurulması və digər ölkələrin aparıcı siyasi partiyaları ilə səmərəli əməkdaşlığın davam etdirilməsi bu fikrin həyatda öz yerini tapmasının sübutudur. Əlbəttə, VII Qurultaya qədərki dövrün ən böyük hadisəsi isə torpaqlarımızın işğaldan azad olunması idi. Bütün bunlar deməyə əsas verir ki, YAP bundan sonrada hədəflədiyi hər bir vəzifəni layiqincə yerinə yetirəcək.
Samirə Zeynalova,
YAP Tərtər rayon təşkilatının üzvü

