Cəmiyyət 

Qarabağ və Şərqi Zəngəzurda kütləvi idman hərəkatı təmin olunacaq

Ölkə başçısının Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərək onları təbrik etməsi və öz tövsiyyələrini verməsi Azərbaycan idmanına olan yüksək diqqət-qayğının daha bir bariz nümunəsidir. İdman Azərbaycanda dövlət siyasətidir, deyə vurğulayan cənab Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi uğurlu idman siyasəti nəticəsində artıq ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı qürurla ucaldırlar. Dövlətin göstərdiyi xüsusi diqqət və qayğını müzəffər xalqın nümayəndəsi olaraq uğurla doğruldan idmançılarımız həmçin Azərbaycanın gücünü-qüdrətini dünyaya nümayiş etdirilər.

Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında ölkəmizdən olan idmançıların 7-si qızıl olmaqla 16 medal qazanaraq 34 Avropa ölkəsi arasında Azərbaycanın birinciliyini təmin etmələri böyük uğurdur. Ölkəmizdə idmanın hər bir növünə olduğu kimi güləşin də inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Cənab Prezident İlham Əliyevin Güləş Federasiyasına  bir milyon manat dəyərində maliyyə dəstəyinin göstərilməsi haqqında Sərəncam imzalaması Azərbaycanda güləşin daha da inkişafına əlavə stimul verəcəkdir. Milli idman növü olan güləşə hər zaman gənclər tərəfindən  böyük maraq olub. Bütün dövrlərdə güləşçilərimiz Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil ediblər.  Nəsildən-nəslə keçən mövcud təcrübə və səriştə Azərbaycanı gələcəkdə də idmanın bu növü üzrə dünyada aparıcı ölklərədən biri edəcəkdir.

Müstəqillik dövründə Azərbaycan idmanının inkişafına xüsusi önəm verən Ulu Öndər Heydər Əliyev hər zaman idmançılarla görüşür, onların qayğıları ilə maraqlanırdı. Cənab Prezident İlham Əliyev bu siyasi-dəst xəttə sadiq qalaraq Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına nail olmuşdur. Ölkəmizdə kütləvi idman hərəkatının inkişafında Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Bir sözlə, ölkə idmanının inkişafı hər zaman dövlətimiz üçün prioritetdir. Ölkəmizin Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi ilə sıx, səmərəli əlaqələrinin yaradılması da Azərbaycanda idman siyasətinin düzgün həyata keçirildiyinin təzahürüdür.
Cənab Prezident idmançılarla hər zaman görüşərkən idmanın sağlamlıq, sağlam həyat tərzi olduğunu qeyd edir. Deməli, ölkədə idman sahəsinə göstərilən diqqət və qayğı eyni zamanda sağlam nəslin yetişməsinə xidmət edir. Ölkəmizdə idmana böyük marağın olmasının mühüm səbəblərindən biri də hər bir bölgədə müasir idman infrastrukturunun yaradılmasıdır. Müasir idman infrastrukturunun mövcudluğu həmçinin ölkəmizdə beynəlxalq səviyyəli mühüm idman yarışlarının keçirilməsinə imkan yaradır.

Güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə görüşdə ölkə başçısı cənab İlham Əliyev ölkə idmanının bundan sonrakı inkişafını təmin etmək məqsədi ilə Güləş Federasiyası,  məşqçilər və idmançılar, ümumilikdə isə Gənclər və İdman Nazirliyi qarşısında  bir sıra mühüm vəzifələr müəyyənləşdirmiş oldu. Ölkədə idmanın kütləviliyini bundan sonra da təmin etmək, bütün bölgələrdə mövcud infrastrukturdan istifadə, regionlarda istedadlı uşaqların düzgün formada seçilərək idmana, idman bölmələrinə cəlb edilməsi müəyyənləşdirilən mühüm vəzifələrdəndir. Eyni zamanda cənab Prezident İlham Əliyev azad edilmiş ərazilərdə idmanın inkişaf etdirilməli olduğunu xüsusilə qeyd edərək artıq bu istiqamətdə işlərə başlanıldığını bildirdi. Azad edilmiş bütün şəhərlərin Baş planlarında stadionların, idman kompleksləri və digər idman qurğuların əks olunması deməyə əsas verir ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda kütləvi idman hərəkatı təmin olunacaqdır.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı

Daha çox xəbərlər