Mingəçevirdə Novruz sovqatı verildi
Mingəçevir şəhər İcra Hakimiyyətinin vəsaiti ilə şəhid ailələri, Qarabağ müharibəsi və Vətən müharibəsi əlillərinə ərzaq bağlaması verilmişdir. “Novruz” sovqatı Cəmiyyətlər və Şəhər İcra Hakimiyyətinin məsul işçiləri tərəfindən şəhid ailələri və müharibə əlillərinə çatdırılmışdır. Bu humanitar yardım 562 ailəyə şamil edilmişdir.







