Hadisə 

Gəncədə hasar nənə və nəvənin üzərinə aşdı – YENİLƏNİB + FOTO

Gəncədə evin hasarının uçması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

“Report”un məlumatına görə, xəsarət alanlar – 1964-cü il təvəllüdlü Hicran Həmis qızı Əhmədova və onun nəvəsi, 2015-ci il təvəllüdlü Həmid İlkin oğlu Hüseynovdur.

H.Hüseynov müalicə aldığı xəstəxanadan artıq evə buraxılıb.

Məlumata görə, H.Əhmədovanın hər iki ayağı sınıb. Onun müalicəsi xəstəxanada davam etdirilir.

17:12

Ötən gecədən başlayan güclü külək Gəncədə fəsadlar törədib.

Oxu.Az xəbər verir ki, güclü külək nəticəsində Gəncənin əsas küçə və prospektlərində ağaclar aşıb, dam örtükləri yararsız hala düşüb.

Güclü külək səbəbindən şəhərin Nizami Gəncəvi prospektində kərpicdən hörülən hasar aşıb. İlkin məlumata görə, hadisə nəticəsində nəvə və nənəsinin xəsarət aldığı deyilir.

Şəhərin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Aidiyyəti qurumlar güclü küləyin yaratdığı fəsadların aradan qaldırılması üçün gücləndirilmiş iş rejiminə keçiblər.

 

Daha çox xəbərlər