Britaniya səfirliyi Bakıda xeyriyyə yarmarkasında təmsil olunub
Bu gün “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasında Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin stendinin ilk günü idi. Biz bu yarmarkada xüsusi şirniyyatlarla iştirak edirik.
ARANTV.AZ xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz tviter hesabındakı paylaşımda yazıb.
“Əldə olunan bütün gəlirlər Ukraynaya humanitar dəstəyə və UAFA təşkilatının uşaqlarına yönəldiləcək. Novruz bayramınız mübarək!”, – deyə diplomat bildirib.
Qeyd edək ki, xeyriyyə yarmarkasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və səfirliyin əməkdaşları iştirak ediblər.
Yarmarka martın 19-26-da saat 12:00-dan 16:00-dək davam edəcək.







