Cəmiyyət 

ABŞ prezidentindən Novruz bayramı ilə bağlı paylaşım – FOTO

ABŞ Prezidenti Cozef Bayden özünün “Twitter” hesabında Novruz bayramı münasibətilə paylaşım edib.

O, paylaşımında özü və həyat yoldaşı adından Novruzu qeyd edənlərə xoş arzularını çatdırıb.

“Jill və mən bütün dünyada Novruzu qeyd edənlərə ən xoş arzularımızı çatdırmaq istəyirik. Novruz bayramı sevdiklərinizə şükür etmək, nemətlərini düşünmək və yeni mövsümün bütün imkanlarını qarşılamaq üçün Novruz süfrəsi arxasında toplaşmaq deməkdir. Novruz bayramınız mübarək!”

 

Daha çox xəbərlər